Haqqımızda

A“AZ Build Service” MMC Şirkəti 2014-cü ildə  “Temirli qrup” ASC Şirkətinin bazasında təsis edilib. Şirkətimiz 1975-ci ildən fəaliyyət göstərən və müxtəlif inşaat materiallarının istehsalı, inzibati və yaşayış binalarının tikintisi sahəsində böyük təcrübəyə malik olan “Temirli qrup” ASC,Şirkətinin təcrübəsini mənimsəmişdir.
“AZ Build Service” MMC Şirkəti yol örtüyünün inşası və yenidən qurulması, yaşayış və inzibati binaların, körpü qurğularının tikintisi, eləcə də kanalizasiya borularının çəkilməsi üzrə ixtisaslaşmışdır.
Təsis olunduğu andan Azərbaycan Respublikasının müxtəlif regionlarında aktiv fəaliyyətə başlamışdır, və artıq öz sahəsində böyük iş təcrübəsinə malikdir.
Tərəfimizdən “1A”-dan “5B”-yə qədər texniki kateqoriyalı yollar yenidən qurulmuş və təmir edilmişdir.
Komandamızın tərkibində yüksək ixtisaslı peşəkarlar çalışır ki, onların sayəsində biz müxtəlif səviyyəli böyük məsuliyyətli işləri öhdəmizə götürə bilirik. Şirkət mövcud olduğu qısa müddət ərzində yolların tikintisi və yenidən qurulması sahəsində bir sıra layihələri uğurla həyata keçirməyə müvəffəq olmuşdur.
Şirkətimizin devizini xüsusilə qeyd etmək istərdim – “MƏSULİYYƏT – MÜVƏFFƏQİYYƏTİN RƏHNİDİR!”.
Bu sözlərlə bizim hər bir layihəyə olan münasibətimiz ifadə olunur. Devizin sözlərində həmçinin missiyamız və digər şirkətlərdən fərqimiz əks olunub ki, burada biz böyük təcrübə, yerinə yetirilən işlərə peşəkar yanaşma təklif edirik. Sizinlə əməkdaşlığa çox şad olarıq!

Ünvan

Bakı şəh., Xətai ray.,
Həzi Aslanov pr., Hacıəliyev Camal küç.5

Telefon

+994 55 207 90 63

EMAIL

info@azbs.company

ِAZBS Company

İmkanlarımız

Torpağın sahəsi

3.1 ha

“AMMANN” asfalt-beton zavod

160 ton/saat

Bordürlərin, plitələrin istehsalı zavodu

80-100 m2/saat

Biz “1A”-dan “5B”-yə qədər texniki kateqoriyalı yollar yenidən qururuq və təmir edirik.
Komandamızın tərkibində yüksək ixtisaslı peşəkarlar çalışır ki, onların sayəsində biz müxtəlif səviyyəli böyük məsuliyyətli işləri öhdəmizə götürə bilirik.

Əlaqə

Telefon : +994 55 207 90 63

 Email :info@azbs.company

Ünvan: Xətai rayon, п. Həzi Aslanov, küç. Camal Hacıəliyev, зд., 5.

“AZ Build Service”
COPYRIGHT NICDARK THEMES 2019