2009-2012-ci illərdə şirkətimiz 1А texniki kateqoriya üzrə 6-zolaqlı yolun yenidən qurulmasında “Ashtrom LTD” beynəlxalq xarici şirkətinin yeganə subpodratçısı olmuşdur. Layihənin ümumi dəyəri 82 milyon ABŞ dolları təşkil etmişdir. Həmin layihə çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs., Salyan şosesi ünvanında yeni yol təmir-tikinti bazası yaradılmışdır. Sahəsi 3.1 ha olan bazada aşağıdakı istehsal tipləri qurulmuşdur:
- İstehsal gücü 160 ton/saat olan “AMMANN” asfalt-beton zavodu;
- İstehsal gücü 90 m3/saat olan СБ-90 beton zavodu;
- İstehsal gücü 80-100 m2/saat olan avtomobil yolları üçün bordürlərin, plitələrin istehsalı zavodu.
4 zolaqlı yol 1A kateqoriyası üzrə 6 zolağa qədər genişləndirilmişdir. Bakı-Ələt 22-49 km yol kəsiyində yol yatağı tamamilə yenidən qurulmuşdur. Azərbaycan Respublikasında ilk dəfə olaraq asfalt yolunun inşasında yol örtüyünün istismar gücünü və davamlılığını dəfələrlə artıran, eləcə də çatların əmələ gəlməsinin qarşısını alan geoqridlərdən istifadə olunmuşdur.
Yol boyunca hər iki tərəfdən əyrixətli müdafiə dirəkləri quraşdırılmışdır. Həmin işi yerinə yetirmək məqsədilə dirəkləri quraşdırmaq üçün müasir xüsusi maşınlar əldə edilmiş ki, sonradan həmin maşınlar bütün Respublika üzrə digər layihələrdə də istifadə olunmuşdur. Yolun ayırıcı zolağı boyunca plitə daşları və işıqlandırma quraşdırılmışdır.


































