“Temirli qrup” ASC Şirkətinin tarixçəsi:

Müəssisə 1975-ci ildə yaradılmış, və ölkə müstəqilliyini əldə edənə qədər neft-kimya zavodlarının təmiri üçün komplektləşdirici tikinti materiallarının istehsalı, eləcə də inzibati və yaşayış evlərinin tikintisi üçün dəmir-beton, taxta materiallarının təmin edilməsi üzrə ixtisaslaşmışdır. Şirkətlərin təsisçisi Həzrət-Əli Temirovdur. Azərbaycan Respublikası müstəqilliyinə qovuşandan sonra özəlləşdirmə proqramı əsasında müəssisə açıq səhmdar cəmiyyəti kimi yenidən təşkil edilmişdir. İstehsal sahələrinə əlavə sərmayə yatırılmışdır. İnvestisiya qoyuluşundan sonra metal konstruksiyaları sexləri, dəmir-beton konstruksiyaları sexi və ağa emalı sexi əsaslı şəkildə təmir olunaraq, müasir tələblərə uyğunlaşdırılmışdır. Yüksək ixtisaslı və təcrübəli kadrlar təkrar hazırlıq keçərək, müxtəlif istehsal işlərinə cəlb olunmuşdur. 2001-ci ildən başlayaraq müəssisə Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi üçün əmtəə betonu və metal konstruksiyaların təmin olunmasında iştirak etmişdir.
“Temirli qrup” ASC Şirkətinin ərazisində aşağıdakı istehsal sexləri və anbarlar yerləşir:
- 140 m3/saat gücünə malik olan əmtəə betonu, dəmir-beton konstruksiyalarının istehsalı üzrə qovşaq.
- Metal konstruksiyaların istehsalı.
- Ağac emalı meşələrinin istehsal sahəsi.
- Üzlük daşının istehsal sexi.
- 600-1200 mm diametrli beton kanalizasiya və su borularının istehsalı.
- Sənaye soyuducuları.
Həmçinin burada Əhmədli stansiyası ilə əlaqəli olan dəmir yol şaxə si mövcuddur ki, onun vasitəsi ilə şirkətin ərazisinə müxtəlif inşaat materialları çatdırılır.
